8 yaşlı uşaq 40 metr hündürlükdən gölə düşüb öldü
22 avqust 2024 17:36 (UTC +04:00)

8 yaşlı uşaq 40 metr hündürlükdən gölə düşüb öldü

Abxaziyada ailənni göl ətrafında istirahəti faciə ilə bitib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Ritsa gölündə baş verib. 8 yaşlı uşaq 40 metr hündürlükdəki qayadan gölə yıxılıb.

Hüquq-mühafizə orqanı əməkdaşılarının sözlərinə görə, valideynləri gölün fonunda şəkil çəkdirərkən uşaq qayanın üstünə çıxıb, müvazinətini itirib və suya düşüb.

Milli parkın müfəttişləri hadisə yerinə qayıqla üzərək onu üç metr dərinlikdən çıxarıblar.

Uşaq Qaqra xəstəxanasına aparılsa da, həkimlər ona kömək edə bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Oxşar yazılar