8 yaşlı uşağı çimərlikdə İLDIRIM VURDU
27 yanvar 2023 19:02 (UTC +04:00)

8 yaşlı uşağı çimərlikdə İLDIRIM VURDU

Avstraliyanın Şellharbur şəhərində çimərlikdə çimən uşağı ildırım vurub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 yaşlı uşaq döş qəfəsindən ağır yanıq xəsarətləri alıb, ürəyi dayanıb.

Xilasedicilər zərərçəkəni sudan çıxarıb və təcili yardım çağırıblar. Həkimləri gözləyərkən uşağa bir neçə dəfə ürək-ağciyər reanimasiyası əməliyyatı ediblər. Həkimlər zərərçəkənə ilkin tibbi yardım göstərib, sonra xəstəxanaya aparıblar. Uşağın vəziyyəti kritik, lakin stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Shellharbor bölgəsində havanın temperaturu 33 dərəcəyə çatıb. Lakin sonra Dövlət Fövqəladə Hallar Xidməti tufanla bağlı xəbərdarlıq edib. Fövqəladə Hallar Xidməti sakinlərə avtomobilləri sığınacaq altına qoymağı, elektrik cihazlarını elektrik şəbəkəsindən ayırmağı və pəncərələrdən uzaq durmağı da tövsiyə edib.

# 1161
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda  49 yaşlı kişini döyüb   öldürdülər

Bakıda 49 yaşlı kişini döyüb öldürdülər

29 mart 2023 , 11:33
Axtarışda olan 146 nəfər saxlanıldı

Axtarışda olan 146 nəfər saxlanıldı

29 mart 2023 , 11:12
Bakıda içərisində 20 minə yaxın pul olan ÇANTA OĞURLANDI

Bakıda içərisində 20 minə yaxın pul olan ÇANTA OĞURLANDI

29 mart 2023 , 10:58
Bakıda avtosalondan maşın qaçırıldı

Bakıda avtosalondan maşın qaçırıldı

29 mart 2023 , 10:44
29 yaşlı oğlan İTKİN DÜŞÜB

29 yaşlı oğlan İTKİN DÜŞÜB

29 mart 2023 , 10:30
Azərbaycanda qadın ərini BIÇAQLADI : Qısqanclıq üstündə

Azərbaycanda qadın ərini BIÇAQLADI: Qısqanclıq üstündə

29 mart 2023 , 10:11
Bakıda kafeyə HÜCUM : Bıçaqla...

Bakıda kafeyə HÜCUM: Bıçaqla...

29 mart 2023 , 09:47
Maşın kranla TOQQUŞUB : biri uşaq olmaqla iki nəfər ölüb

Maşın kranla TOQQUŞUB: biri uşaq olmaqla iki nəfər ölüb

29 mart 2023 , 09:33