Bakıda yaşlı kişi itkin düşüb.
Lent.az xəbər verir ki, bu barədə itkin düşənin qızı, 43 yaşlı Cavadova Fəridə Cavad qızı ərizə ilə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edib. O, etdiyi müraciətində Xətai rayonu, Telnov küçəsində onun birgə yaşadığı atası 75 yaşlı Cavad Ağarza oğlu Cavadovun dekabrın 13-də, səhər saat 8 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.