25 gün öncə Sumqayıtda yanan qadın bu gün xəstəxanada öldü
25 yanvar 2025 08:21 (UTC +04:00)

25 gün öncə Sumqayıtda yanan qadın bu gün xəstəxanada öldü

0

25 gün öncə yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, hadisə 31 dekabr tarixində Sumqayıtın Kotec qəsəbəsində qeydə alınıb.

1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2065

Oxşar yazılar