***
09:58
Aktau limanı yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində məktəbli də həlak olub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi olan Eqanov Məhəmməd Ali-Fardi oğlu da təyyarə qəzasında həlak olub. Məlumata görə, yeniyetmə təyyarədə tək olub və Yeni ili qeyd etmək üçün Çeçenistana anasının yanına gedirmiş. Əldə etdiyimiz məlumata görə, şagird əslən çeçendir.