Koronavirus xəstəsi
08 dekabr 2020 12:53 (UTC +04:00)

Koronavirus xəstəsi

100-dən çox koronavirus xəstəsinə cinayət işi açılıb - RƏSMİ

"COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət edir”. 

DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, COVID-19 xəstəliyi ilə əlaqədar götürülən analiz nəticələri pozitiv çıxan şəxslər barəsində dərhal respublikamızın bütün ərazi polis orqanlarına müvafiq məlumatlar göndərilir.

Onun sözlərinə görə, daxil olan məlumat üzrə hər bir aktiv COVID-19 xəstəsi ərazidə fasiləsiz xidmət aparan polis müşahidəsinə daxil edilir:

"COVID-19 xəstəsi əgər həmin ünvanı tərk edərsə, bu dərhal polisə məlum olur. Aktiv COVID-19 xəstələri üzərində gücləndirilən səmərəli nəzarət-profilaktik tədbirlərin nəticəsidir ki, noyabrın 30-dan bu günədək daxili işlər orqanlarının əməkdaşları ümumilikdə 150 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıb. Onlardan 135 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 13 nəfər xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində 106 nəfər barəsində qanunvericiliyə uyğun olaraq, cinayət işi başlayıb. Müvafiq ərazi polis idarə və şöbələrində istintaq araşdırmaları davam etdirilir. Araşdırma prosesində həmin xəstələrin ünsiyyətdə olduğu şəxslərin dairəsi müəyyən olunmaqla, laborator analizlərə cəlb olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54