10 yaşlı uşaq Bakı-Sumqayıt qatarının şüşəsini sındırdı
08 noyabr 2021 13:21 (UTC +04:00)

10 yaşlı uşaq Bakı-Sumqayıt qatarının şüşəsini sındırdı

Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-averilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535
avatar

Mehman Nəbiyev

Oxşar yazılar