Bakıda partlayış: 41 yaşlı qadın öldü
26 iyul 2012 11:34 (UTC +04:00)

Bakıda partlayış: 41 yaşlı qadın öldü

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında partlayış baş verib.

Nəticədə evdə yanğın olub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Və evin qalan hissəsi yanğından mühafizə olunub. Ev sakini - 1971-ci il təvəllüdlü İsgəndərova Səadət Mahir qızı isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.
# 713

Oxşar yazılar