Lerikdə faciə: üzərinə ağac düşən qız öldü
25 iyul 2012 13:03 (UTC +04:00)

Lerikdə faciə: üzərinə ağac düşən qız öldü

Lerik rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dünən saat 13.00 radələrində rayonun Peştətük kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Bəxtiyar Sabir oğlu Fətullayev meşə zolağında ağac kəsərkən, ağac onun bacısı, 1987-ci il təvəllüdlü Aytəmizin üstünə düşüb. Zərbənin ağırlığından 25 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
# 598

Oxşar yazılar