Bəkir Nəbiyevin nəvəsi yol qəzasında öldü
Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də saat 18:30 radələrində Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində “Mercedes S Class” və “Hyundai Sonata” markalı iki avtomobil toqquşub. Daha sonra isə “Mercedes” yolun kənarında dayanmış “VAZ 21015”ə çırpılıb. Nəticədə “Hyundai” markalı avtomobilin sürücüsü , 1987-ci il təvəllüdü Nəbiyev Babək Sadiq oğlu hadisə yerində ölüb. Qeyd edək ki, ölən şəxs akademik Bəkir Nəbiyevin nəvəsidir.
Qəzanı törədən “Mercedes S Class” isə alışmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanan maşın söndürülüb.
Qeyd edək ki, qəza əhalinin sıx olduğu və avtobus dayanacağı yerləşən ərazidə - Mərkəzi Bankın qarşısında baş verib. Qəza zamanı avtomobillər yolun kənarındakı piyadaların həyatına təhlükə yaratsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Oxşar yazılar

Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü - YENİLƏNİB
28 iyul 2025 , 14:14
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
Xaçmazda antibiotik iynəsi vurulan kişi ÖLDÜ
28 iyul 2025 , 13:17
Bakıda TİKİNTİDƏ FACİƏ: fəhlə binadan yıxılıb öldü - YENİLƏNİB
28 iyul 2025 , 13:15
Beynəlxalq axtarışda olan Türkiyə və Tacikistan vətəndaşları Azərbaycanda TUTULDU
28 iyul 2025 , 12:50
Bərdə sakinini "tok" vurub öldürdü
28 iyul 2025 , 10:41
Bakıda DƏHŞƏT: Roman Dünyamalıyev 11-ci mərtəbədən yıxılıb öldü
28 iyul 2025 , 10:11