Məhkəmə 2 jurnalistin həbsinə qərar verdi
Təhmasib Novruzov Sərdar Əliybəli və Fərəməz Allahverdiyevi həbs etdirdi
Bu gün Bakı Apellyasiya Məhkəməsi “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və qəzetin əməkdaşı Fərəməz Allahverdiyevi qəzetdə dərc olunmuş yazılarına görə 3 ay müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edib.
Lent.az-ın verdiyi xəbərə görə, baş redaktor və əməkdaş ictimai birlik rəhbəri Təhmasib Novruzov barəsində yazdıqları məqalələrə görə məhkəməyə veriliblər.
Hələ iyul ayında Nizami Məhkəməsi S.Əlibəylini təhqirdə (Cinayət Məcəlləsi, maddə 148) və F. Allahverdiyevi isə ağır cinayət törədilməsi ilə bağlı böhtan atmaqda suçlu bilərək 3 aylığa azadlıqdan məhrum edib, cəzanın icrası isə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxışadək təxirə salınıb. Məhkəmə S.Əlibəyli və F.Allahverdiyevdən başqa, “Nota” qəzetinin digər əməkdaşı Ramiz Tağıyevi də 6 ay müddətinə islah işlərinə cəlb edib.
Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalistlərin şikayətinə baxıb və rədd edib. Jurnalistlər məhkəmə zalında həbs olunaraq, saxlanma təcridxanasına aparılıblar.
Media Hüququ İnstitutu məhkəmənin bu qərarı sərt addım sayıb. İnstitutun yaydığı bəyanatda bildirilir ki, ictimai önəm daşıyan mövzular ətrafında polemikalar açmağa, yalnız bu yolla geniş auditoriya qazanmağa çalışan jurnalistlərin Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan 147 və 148-ci maddələrilə məsuliyyətə cəlb olunması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ziddir.

Oxşar yazılar

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı
9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO
9 may 2025 , 21:06
Ağdamda qadını ilan sancdı
9 may 2025 , 19:49
2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü
9 may 2025 , 19:08
Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46