Göygölü də sel basdı
Rayon mərkəzində və Topalhəsənli kəndində evlər su altında qalıb
Oktyabrın 7-də axşam saatlarından Göygöl rayonuna yağan yağışlar dağlardan üzü aşağı axaraq, fəsadlara səbəb olub. Rayonun Topalhəsənli kəndində Gəncə çayının kənarındakı 10-a yaxın evi su basıb, əşyaları yararsız hala salıb. Ən böyük zərər kənd sakini Vahid Məmmədovun evinə dəyib. Evlərdən birinin hasarını da su yuyub. Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Turani Həsənovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, rayon Fövqəladə Hallar komissiyasının əməkdaşları evləri sudan təmizləyir.
Gecə yağan yağış rayon mərkəzinə də zərər verib. Dadaş Bayramov küçəsindəki evləri su basıb. Hazırda orada da yağışın vurduğu zərər aradan qaldırılır.
Vüsalə Cənnətova

Oxşar yazılar

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı
9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO
9 may 2025 , 21:06
Ağdamda qadını ilan sancdı
9 may 2025 , 19:49
2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü
9 may 2025 , 19:08
Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46