Qardaşını öldürən Şəmkir sakini özünü təcridxanada asdı
0
0
Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan 1978-ci il təvəllüdlü İbrahimov Çərkəz Süleyman oğlu özünü öldürüb. O, özünü sintetik kəmərlə çarpayıdan asıb.
Qeyd edək ki, Ç.İbrahimov ötən il dekabrın 1-də Şəmkir rayonun Dəllər Cəyir kəndində kiçik qardaşı Elsevəri öldürdüyünə görə həbs edilib. O, özündən 4 yaş kiçik qardaşını ürək nahiyəsindən vurduğu bıçaq zərbəsi ilə öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Nizam Rza