İran vətəndaşına hökm oxundu
Sentyabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin daşınması və satışı ilə məşğul olan İran vətəndaşına hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mahmud Sənail Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234.4.3-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İran vətəndaşı Mahmud Sənail 2009-cu iyun ayında İrandan Azərbaycan ərazisinə narkotik vasitə olan 10 kiloqrama yaxın həşişi keçirib.
Fərid Əkbərov

Oxşar yazılar

Bakıda DƏHŞƏTLİ qəza: 22 yaşlı oğlan öldü
13 may 2025 , 09:58
Salyanda maşın motosikletlə toqquşdu
13 may 2025 , 09:23
Gəncədə 18 yaşlı oğlan ölümcül xəsarət aldı
13 may 2025 , 08:10
Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil öldü
12 may 2025 , 23:01
Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı - YENİLƏNİB
12 may 2025 , 22:47