Telman İsmayılovun başı dərddə
24 sentyabr 2009 18:00 (UTC +04:00)

Telman İsmayılovun başı dərddə

İş adamı “Mardan” brendini ala bilmir, üstəlik məhkəməyə də verilib
Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada 1,5 milyard dollara inşa etdirdiyi “Mardan Palace” oteli üçün “Mardan” brendini alması müşkülə çevrilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı sözügedən brendi ala bilməyib. Bu da bəs deyilmiş kimi, İsmayılov başqasının brendindən qanunsuz istifadə etməkdə təqsirləndirilir.
Belə ki, 12 mart 2004-cü il tarixdə 2004/06380 saylı “Merdan Sağlık Hizmetleri” ASC brendini Türk Patent Qurumunda (TPQ) qeydiyyatdan keçirən türkiyəli iş adamı Osman İpli İsmayılovla bağlı məhkəməyə müraciət edib. İpli azərbaycanlı iş adamının onun şirkətinin brendini qanunsuz istifadə etməkdə günahlandırır. Osman İplinin vəkili İbrahim Bülbüllü “bu markanın sahibi Osman İplidir, markamızı təqlid edirlər, məhkəməyə müraciət edib, brendimizi özümüzə qaytaracağıq”, - deyib.
Vəkil qeyd edib ki, Telman İsmayılov həmin brendi qeydiyyatdan keçirmək üçün TPQ-na müraciət edib. Ancaq onun müraciəti rədd edilib. Bülbüllü İsmayılovdan külli miqdarda təzminat tələb etdiklərini də vurğulayıb.
Bildirildiyinə görə, Telman İsmayılov şirkəti “AST İnşaat”a “Mardan” brendini almaq üçün 2008-ci ildə TPQ-ya müraciət edib. TPQ maarifçilik, təhsil, nəqliyyat və ribbi xidmətlər sahəsində şirkətə bu brendi versə də, otel üçün bu lisenziyanı verməyib.
Eyni zamanda Osman İplinin də bununla bağlı müraciəti qəbul edilməyib. Nəticədə iki iş adamı məhkəməlik olub.
O da bildirilir ki, sözügedən brendi qeydiyyatdan keçirməyin qiyməti cəmi 1000 türk lirəsidir (təxminən 500 manat). Həmin lisenziya isə 10 il müddətinə verilir. Mütəxəssislər bildirirlər ki, İsmayılov vaxtında 1000 lirəsindən keçib, şirkətin i qeydiyyatdan keçirsəydi, indi bu durumda qalmazdı.
# 356

Oxşar yazılar

Abşeronda kişi özünü asdı  - FOTO

Abşeronda kişi özünü asdı - FOTO

25 aprel 2024 , 19:29
Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33