Sabunçuda ev uçdu
18 sentyabr 2009 19:45 (UTC +04:00)

Sabunçuda ev uçdu

Dağıntılar altından 4 nəfər xilas edilib
Sentyabrın 17-də Bakı şəhəri, Sabunçu rayonunda yerləşən fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, otaqlardan birinin tavanı tamamilə uçub, evdə olan 4 nəfər qonşu otaqda köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər ilk növbədə evin elektrik, su və qaz təminatını dayandırıblar, daha sonra zərərçəkmişlərin evdən çıxa bilməsi üçün lazımi şərait yaradıblar və onlara ilkin tibbi yardım göstəriblər.
# 433

Oxşar yazılar