Filial müdirinin hərəkətinə görə “Kapital bank” uduzdu
18 sentyabr 2009 18:00 (UTC +04:00)

Filial müdirinin hərəkətinə görə “Kapital bank” uduzdu

1 saylı Bakı Yerli İqtisad Məhkəməsində “İnter star” beynəlxalq şirkətinin “Kapital bank”a qarşı iddiasına baxılıb.

Lent.az-ın məlumatına görə, hakim Tahirə Əsədova şirkətin iddiasını qismən təmin edib.
Belə ki, bir müddət əvvəl “Kapital bank”ın Qobustan rayon filialının müdiri vəzifəsində işləyən Pərvin Kazımov öz qulluq mövqeyindən sui-istifadə etməklə bankın kredit komitəsindən müvafiq qaydada icazə almadan, digər müştərilər qarşısında olan öhdəliklərin təmini üçün nəzərdə tutulmuş və bu məqsədlə filiala göndərilmiş puldan 65000 manatı mənimsəyib. Bu məqsədlə o, Sumqayıt şəhərində yerləşən, dəyəri 245000 manat təşkil edən qeyri-yaşayış sahəsini kreditin qaytarılmasının təminatı kimi ipoteka yüklü edilməsi barədə “İnter star” beynəlxalq şirkətinin direktoru Arzu Mirzəyevin adına sonuncuya 12 ay müddətinə 24%-lə 65000 manat kredit verilməsi barədə kredit və ipoteka müqavilələrinin bağlanılmasını təşkil edib. Bununla bağlı digər sənədləşmələrin aparılmasını təşkil edərək həmin pulun A.Mirzəyevə verilməsi barədə xəzinə məxaric orderi tərtib etdirib ona imza etdirib, lakin göstərilən pulu özü götürüb mənimsəməklə özgə əmlakını külli miqdarda talayıb. Məhkəmə zamanı təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən dəymiş ziyanın ödənilməsini nəzərə alıb və onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edib. Məhkəmənin hökmü ilə Pərvin Kazımov 4 il şərti cəza alaraq azadlığa buraxılıb.
Bundan sonra isə “İnter star” beynəlxalq şirkəti 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinə müraciət edərək maddi və mənəvi ziyanın ödənilməsini, həmçinin iki qurum arasında olan müqavilələrin etibarsız sayılmasını istəyib. O cümlədən şirkət bankın onlara 60 min manat ödənilməsini məhkəmədən xahiş edib. Məhkəmə şirkətlə bank arasında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunması barədə qərar qəbul edib. İddianın qarşı tərəfin 60 min manat ödəməsi barədə olan hissəsi isə təmin edilməyib.
Pərvin ABBASOV
# 647

Oxşar yazılar

Bakıda "Jiquli" aşdı, 4 yaralı var

Bakıda "Jiquli" aşdı, 4 yaralı var

26 aprel 2024 , 00:08
Yevlaxda "Land Crusier" aşdı, sürücü öldü

Yevlaxda "Land Crusier" aşdı, sürücü öldü

25 aprel 2024 , 21:08
Abşeronda kişi özünü asdı  - FOTO

Abşeronda kişi özünü asdı - FOTO

25 aprel 2024 , 19:29
Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16