Ana və qızını öldürən sürücüyə 5 il həbs cəzası verildi
Sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə yol qəzasında iki nəfərin ölümünə səbəb olan Bakı şəhər sakini Natiq Əliyevə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən N.Əliyevin Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunaraq 3 il müddətinə sürücülük hüququndan və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasını almasını istəyib.
Sonra hökm oxunub. Hökmə əsasən, N. Əliyev 2 il müddətinə sürücülük hüququndan və 5 il müddətinə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. Əliyev 2009-cu ilin aprelin 9-da Bakı Şamaxı yolunun 22-ci kilometrliyində idarə etdiyi “Volvo” markalı minik maşını ilə yolu keçən piyadalar- Samirə Quliyeva və onun uşaqları Ləman və İmran Ələsgərlini vurub. Hadisə nəticəsində S.Quliyeva və L.Ələsgərli ölüb, İ.Ələsgərli isə yüngül bədən xəsarəti alıb.
Fərid Əkbərov

Oxşar yazılar

Şərurlu İsfəndiyar məhkəmədə - FOTO
13 may 2025 , 15:15
Tərtərdə DƏHŞƏT: qayınata gəlinini öldürdü - YENİLƏNİB
13 may 2025 , 11:40
Oğuzda yük maşını motosikletlə toqquşdu: ölən var
13 may 2025 , 11:30
Bakıda 14 yaşlı yeniyetmə evdən çıxaraq QAYITMAYIB
13 may 2025 , 10:56
Bakıda DƏHŞƏTLİ QƏZA: 22 yaşlı oğlan öldü
13 may 2025 , 09:58
Salyanda maşın motosikletlə toqquşdu
13 may 2025 , 09:23
Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28