“GEN” MMC-nin məhkəmə prosesində qalmaqal
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində qalmaqal baş verib.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elbrus Əliyev ilkin istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadənin əksinə olaraq Göygöl rayon İcra Hakimiyyəti başçısına torpaq almaq üçün rüşvəti birbaşa özünün yox, şəriki, hazırda beynəlxalq axtarışda olan Ağa Seyidovun vasitəsi ilə verdiyini bildirib.
O, A.Seyidovun Gəncə şəhərindəki villasının müsadirə olunması vəsatəti ilə çıxış edib. Zərərçəkmişlərin nümayəndəsi Vidadi İsgəndərov istintaq materiallarında adı çəkilən millət vəkili Aydın Mirzəzadənin məhkəmə prosesinə çağırılması vəsatəti ilə çıxış edib. Məhkəmə vəkilin vəsatətini təmin etməyib.
Sonra hakimlə zərərçəkmiş şəxslər arasında mübahisə yaranıb və zərərçəkmiş şəxslərin bir qismi zaldan çıxarılıb. Hakim sonrakı proseslərdə mətbuatın iştirakına icazə vermədiyini bildirib. Proses sabaha qədər təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar. Cinayət işi üzrə 10 nəfər təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.
Fərid Əkbərov

Oxşar yazılar

Şərurlu İsfəndiyar məhkəmədə - FOTO
13 may 2025 , 15:15
Tərtərdə DƏHŞƏT: qayınata gəlinini öldürdü - YENİLƏNİB
13 may 2025 , 11:40
Oğuzda yük maşını motosikletlə toqquşdu: ölən var
13 may 2025 , 11:30
Bakıda 14 yaşlı yeniyetmə evdən çıxaraq QAYITMAYIB
13 may 2025 , 10:56
Bakıda DƏHŞƏTLİ QƏZA: 22 yaşlı oğlan öldü
13 may 2025 , 09:58
Salyanda maşın motosikletlə toqquşdu
13 may 2025 , 09:23
Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28