“Meşə qardaşları”nın məhkəməsində video-görüntülər nümayiş etdirildi
Proses sentyabrın 24-də davam etdiriləcək
Sentyabrın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlərdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Anar Vəlimətovun Milli Təhlükəsizlik Nazirliyində (MTN) verdiyi ifadənin, MTN-nin keçirdiyi əməliyyat zamanı dəstə üzvü olan Telman Abdullayevin zərərsizləşdirilməsi və Qusar rayonunda tapılan, dəstəyə aid olan silah-sursatla bağlı videogörüntülər nümayiş etdirilib. Proses sentyabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər.
Onlar “Əbu Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

Oxşar yazılar

Şərurlu İsfəndiyar məhkəmədə - FOTO
13 may 2025 , 15:15
Tərtərdə DƏHŞƏT: qayınata gəlinini öldürdü - YENİLƏNİB
13 may 2025 , 11:40
Oğuzda yük maşını motosikletlə toqquşdu: ölən var
13 may 2025 , 11:30
Bakıda 14 yaşlı yeniyetmə evdən çıxaraq QAYITMAYIB
13 may 2025 , 10:56
Bakıda DƏHŞƏTLİ QƏZA: 22 yaşlı oğlan öldü
13 may 2025 , 09:58
Salyanda maşın motosikletlə toqquşdu
13 may 2025 , 09:23
Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28