Türkiyəni lərzə gətirən cinayətkar tutuldu
17 sentyabr 2009 11:00 (UTC +04:00)

Türkiyəni lərzə gətirən cinayətkar tutuldu

Sevgilisinin başını kəsən Cem Qəriboğlu 197 gündən sonra polisə təslim oldu
Bu ilin martında İstanbulda törədilən dəhşətli qətldə şübhəli bilinən Cem Qəriboğlu sonunda yaxalanıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəriboğlu cinayətdən 197 gün sonra İstanbulun Bağçalıevlər rayonunda tutulub. Bu barədə İstanbul valisi Müəmmər Gülər açıqlama verib. Onu polisə vəkili təslim edib.
1991-ci il təvəllüdlü Cem sevgilisi Münəvvər Qarabuludu vəhşicəsinə öldürməkdə təqsirləndirilir. Belə ki, o, gənc qızı bıçaqladıqdan sonra mişarla başını kəsib, bədənini bir neçə yerə bölüb. Qarabuludun amansızlıqla qətlə yetirilmiş meyiti martın 3-də İstanbulda zibil yeşiyindən tapılmışdı.
Zəngin bir ailənin uşağı olan Cemi indiyədək yaxalamaq mümkün olmamışdı. Cem İnterpol vasitəsilə dünyanın bir çox ölkəsində axtarılırdı.
Hazırda İstanbul polisində saxlanılan Cem tibbi müayinədən keçib. O, uzun saqqal saxlayıb.
Vəkili Aytəkin Qaya mətbuata açıqlamasında Cemin “atamın düşdüyü duruma görə vicdan əzabı çəkirəm, buna görə təslim olacağam” dediyini söyləyib.
# 462

Oxşar yazılar