Arabul son sözünü dedi
16 sentyabr 2009 13:30 (UTC +04:00)

Arabul son sözünü dedi

O, barəsində bəraət hökmü çıxarılmasını istəyib

Sentyabrın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə son söz verilib. Təqsirləndirilən Hüseyn Arabul çıxışında məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, 107 gün həbsdə qalmağını lehinə dəyərləndirilməsini, heç bir cərimə ödənilmədən azadlığa buraxılmasını xahiş edib.

Prosesdə digər təqsirləndirilən şəxslərdən ikisi, Ramal Ələkbərov və Mahir Lətifov son sözlə çıxış ediblər. Proses sentyabrın 18-də davam etdiriləcək.


Qeyd edək ki, prokuror H.Arabula əvvəlki 5 il şərti cəza üzərində qalmaqla 2 il həbs cəzası verilməsini istəyib. Bundan başqa, prokuror Türkiyə vətəndaşı A.Dönməzə 1 illik şərti cəza, qalan şəxslərin hər birinə (Azərbaycan vətəndaşları – M. Lətifov, E. Hüseynov, F. Quliyev, R. Ələkbərov) 1 il 6 ay müddətində həbs cəzası verilməsini xahiş edib.

Fərid Əkbərov
# 360

Oxşar yazılar