Azərbaycanlı narkobaron azadlığa çıxmaq istəyir
15 sentyabr 2009 17:00 (UTC +04:00)

Azərbaycanlı narkobaron azadlığa çıxmaq istəyir

Vüqar Bəhrəmovun apelyasiya şikayətinə baxılacaq
Bakı Apelyasiya Məhkəməsində əvvəlcədən əlbir olaraq “İran-Azərbaycan” marşrutu ilə narkotik vasitələrin cinayətkar məqsədlərlə daşınmasını və satışını həyata keçirən qrupun üzvü Bəhrəmov Vüqar Qoçu oğlunun apelyasiya şikayətinə baxılacaq. Lent.az-ın məlumatına görə, o, xəstəliyi ilə əlaqədar cəzadan tam azad olunmamasına dair materialın qəbul olunmasını, başqa sözlə, azadlığa çıxmasını istəyir.
İş hakim Rizvan Səfərovun icraatına verilib.
Xatırladaq ki, V.Bəhrəmov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan qrupun üzvlərindən biridir. 2005-ci il oktyabrın 1-də Biləsuvar şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcədən əlbir olaraq “İran-Azərbaycan” marşrutu ilə narkotik vasitələrin cinayətkar məqsədlərlə daşınmasını və satışını həyata keçirən qrup zərərsizləşdirilib. Belə ki, Cəlilabad şəhər sakini, 1972-ci il təvəllüdlü Məmmədov Saməddin Qardaşxan oğluna məxsus avtomobil saxlanılıb, baxış zamanı arxa oturacağın altından narkotik vasitələr aşkarlanaraq götürülüb.
Görülən tədbirlərlə oktyabrın 3-də qrupun digər üzvləri - Bakı şəhəri, Lökbatan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Ağaşov İlqar Əziz oğlu və Salyan rayonu, Aşağı Kürkənd kənd sakini, 1970-ci il təvəllüdlü Bəhrəmov Vüqar Qoçu oğlu da saxlanılıblar.
Uzun müddət cəzasızlıq şəraitində fəaliyyət göstərən, Salyan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə “nəzarət edən” Vüqar Bəhrəmovun evinə baxış zamanı da narkotik vasitələr aşkar edilib. Beləliklə, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupun üzvlərindən ümumi çəkisi 2 kiloqram 338 qram narkotik vasitə, o cümlədən 1 kiloqram 316 qram tiryək və 381 qram heroin götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qacaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmış və istintaq edilməsi üçün Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin icraatına verilmişdir. İlqar Ağaşov, Vüqar Bəhrəmov və Saməddin Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə hökmü ilə V.Bəhrəmova 7 il həbs cəzası kəsilib.
Pərvin ABBASOV
# 502

Oxşar yazılar

Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

28 mart 2024 , 19:38
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12
Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

28 mart 2024 , 15:44