Prokuror Arabula 2 illik həbs cəzası istədi
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məhkəmə zalında olan müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı Arabulun üzərinə qoyulmuş 30 min dollar rüşvət verməsilə bağlı 318.1 və 318.2 maddələrini götürüb. Daha sonra prokuror Hüseyn Arabula əvvəlki 5 il şərti cəza üzərində qalmaqla 2 il həbs cəzası verilməsini istəyib.
Proses gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, H.Arabul və Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Elnur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar. İttiham aktına görə, Hüseyn Arabul Ahmet Arslanın adına yazılmaqla öz foto-şəkli yapışdırılmış saxta sürücülük vəsiqəsi əldə edib. O, özünü Avşar kimi təqdim edən Türkiyə vətəndaşı İrfan Altınbarmakı Azərbaycana dəvət edərək əvvəlcə yük maşınları ilə Qazaxıstana getməyi planlaşdırıb.
Lakin bu planı həyata keçirə bilmədiyindən ölkəni Gürcüstan istiqamətindən tərk etməyi qərara alıb. Arabul Şəmkir və Qazax rayonunda Əhməd adı ilə yaşayıb və tanınmamaq üçün saçını rəngləyib, özünə istirahət edən adam görkəmi vermək məqsədilə balıqçı paltarı geyinərək üstündə balıqçı tilovu gəzdirib. Lakin H.Arabulun planı baş tutmayıb və o, ölkədən qaçmaq istəyərkən Azərbaycan sərhədçiləri tərəfindən yaxalanıb.
Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə, həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib.
Fərid Əkbərov

Oxşar yazılar

2 yaşlı uşaq 1 yaşlı əmisi oğlunu traktorla əzib öldürdü
9 may 2025 , 19:08
Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46
Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB
9 may 2025 , 17:16
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02