İşıq saçan qorxunc məxluq kəndi dağıdır
Onu tutmağa gələn polis əməkdaşları şoka düşüblər
Gürcüstanın Poti şəhərinin yaxınlığında Çaladidi kəndində qeyri-adi hadisə baş verib. Lent.az-ın məlumatına görə, kənd sakinlərinə bəzən gözlə görünən, bəzən də görünməyən bir qeyri-adi məxluq daş atır və yox olur.
Hadisəni ən dəqiq görən kənd sakini Nora Saxokiya olub. Dediyinə görə, o, artıq evində gecələmir. Çünki bu qeyri-adi məxluq onun evinin şüşələrini sındırıb. “Bu vəziyyət bir həftədir davam edir. Evimə kimsə, nəsə bir məxluq daş atır. Mən onunla əlaqə yaratmaq istəmirəm. Yəqin bilirəm ki, o, bu dünyanın adamı deyil. Qonşularımız da onun kölgəsini görüblər. O, bəzən işıq saçır, qapımı iki dəfə qırıb”.
Digər kənd sakinləri də təşvişə düşüblər. Onlar işıq gələn yerə daş atarkən həmin saniyə daş onlara tərəf qayıdır. Sakinlərin dediyinə görə, hüquq-mühafizə orqanları vəziyyətdən xəbərdardırlar. Onlar da kənddə gecələyərək, bu görünməz məxluqun hərəkətlərinin şahidi olublar.
Çaladidi kənd icra nümayəndəsi jurnalistlərə bildirib: “Mən də onu görmüşəm. Onun qeyri-adi hərəkətləri çox təəccüblüdür. Polis bu işə qarışıb, lakin bu məxluqu tutmağı bacarmır. Kənd sakinləri də kimə kimdən və nədən şikayət edəcəklərini bilmirlər, hamı çaş-baş qalıb”.

Oxşar yazılar

2 yaşlı uşaq 1 yaşlı əmisi oğlunu traktorla əzib öldürdü
9 may 2025 , 19:08
Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46
Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB
9 may 2025 , 17:16
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02