“Bakı-Qazax” avtobusunda qanlı dava
07 avqust 2009 11:15 (UTC +04:00)

“Bakı-Qazax” avtobusunda qanlı dava

İsa Məmmədovun idarə etdiyi və Bakdan Qazağa gedən “İkarus” markalı avtobusda qanlı dava baş verib.

Lent.az-ın Vesti.Az-a istinadən yaydığı məlumata görə, avtobus Ağdaşın Ləki kəndi yaxınlığında olarkən sərnişinlərdən 28 yaşlı Yevlax rayon sakini Taleh Aslanovla 18 yaşlı Gəncə şəhər sakini Valeh İbrahimov arasında mübahisə başlayıb.

Avtobusda çoxlu uşaq, qadın və qocaların olmasına və sürücünün avtobusun mübahisə aydınlaşdıracaq bir yer olmamasıyla bağlı çağırışına baxmayaraq, gənclər mübahisəyə son qoymayıblar.

Son nəticədə Gəncə sakini cibindən bıçaq çıxarıb və Taleh Aslanova bir neçə bıçaq zərbəsi endirib.

Polisin keçirdiyi operativ əməliyyət nəticəsində Valeh İbrahimov yaxalanıb. Yaralı Taleh Aslanov xəstəxanada yerləşdirilib. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
# 430

Oxşar yazılar