Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 aprel 2024 14:21 (UTC +04:00)

Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü

Rusiyanın Krasnoyarsk diyarında ər arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə aprelin 20-də Boquçanski rayonunda Anqarski kəndindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən yerli sakini saxlayıb.

Kənddəki evlərin birindən 42 yaşlı qadının meyiti tapılıb. İstintaq hesab edir ki, qətldə mərhumun 50 yaşlı əri əli olub.

İstintaqın məlumatına görə, cütlük əvvəllər bir neçə dəfə mübahisə edib. Məlum olub ki, kişi arvadını spirtli içkilərə aludəçiliyinə və 9 aylıq qızına pis baxdığına görə qınayıb. Qadın isə cavabında maaşının azlığına görə ərinə irad bildirib. Ötən şənbə günü axşam ailədə daha bir dava olub və bu zaman qadın ərinə xəyanətini bildirib. Əsəbiləşən kişi arvadını boğub.

Bir müddət sonra həmin şəxs özü polisə gələrək qətli etiraf edib. Faktla bağlı cinayət işi açılıb, şübhəli şəxs həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4914
avatar

Oxşar yazılar