Qorxulu vulkan oyanıb
31 iyul 2009 16:45 (UTC +04:00)

Qorxulu vulkan oyanıb

İndoneziyada 1883-cü ildə püskürən və 36 min insan tələfatına yol açan “Anak Krakatoa” vulkanı yenidən aktivləşib və lava püskürməyə başlayıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, 120 illik yuxudan oyanan vulkanın şəklini italyan fotoqraf Marco Fuller çəkib.

Qeyd edək ki, bu vulkan 1883-cü ildə püskürən zaman Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından 13 min dəfə böyük dağıdıcı gücə malik olub. Həmin vaxt vulkanının gücündən yaranan nəhəng sunamilər 165 yaşayış məntəqəsini yer üzündən silib, 13 kilometrlik adanı yuyub.

Vulkan həmin vaxt fəaliyyətdə olduğu 5 il ərzində iqlim dəyişikliklərinə yol açıb.
# 593

Oxşar yazılar