Əsir əsgərdən məktub var
31 iyul 2009 12:45 (UTC +04:00)

Əsir əsgərdən məktub var

Ailəsi erməni əsirliyində olan Azərbaycan ordusunun çavuşundan məktub alıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevdən ailəsinə məktub gətirib.

Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova məlumat verib. N.Məmmədova deyib ki, məktub ona bu gün çatdırılıb. Bu, A.Hacıyevdən gələn dördüncü məktubdur.

N. Məmmədova məktubun məzmununu da açıqlayıb: “Salam. Məndən nigaran qalmayın, hər şey yaxşıdır. Hamıya salam göndərirəm. Elçin (qardaşı - APA.) evləndi, xoşbəxt olsun”.

Xatırladaq ki, BQXK-nın Xankəndindəki nümayəndəliyi A.Hacıyevə sonuncu dəfə iyulun 23-də baş çəkib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar