İrandan Azərbaycana gətirilən 48 kq narkotik tutulub
06 iyul 2009 15:00 (UTC +04:00)

İrandan Azərbaycana gətirilən 48 kq narkotik tutulub

MTN-in keçirdiyi əməliyyat nəticəsində cinayətkar qrup zərərsizləşdirilib

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində son günlər keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması üzrə daha bir faktın qarşısı alınıb.

Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Əməliyyat zamanı 48 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Belə ki, Beyləqan rayon sakinləri - Nəsirov Tahir Vaqif oğlu, Quliyev İlqar Oqtay oğlu və Səfərov Samir Niyazi oğlu, Kəlbəcər rayon sakini Hüseynov Rəşad Zakir oğlu, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.


Müəyyənləşdirilib ki, Tahir Nəsirovun təşkilatçılığı ilə hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşları İran-Azərbaycan dövlət sərhədinin Beyləqan rayonu istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla keçirib həmin rayonun 1-ci və 2-ci Şahsevən kəndlərinin arasındakı ərazidə gizlədiblər.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tahir Nəsirov və İlqar Quliyev narkotik vasitələri həmin yerdən götürürmüş və təxminən gecə saat 03:00 radələrində Bakı şəhərinə gətiriblər. Onlar Rəşad Hüseynovun gözətçi işlədiyi bağa gələrək narkotikləri burada gizlədib və özləri də həmin bağda gecələyiblər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər saxlanılıb, həmin bağa baxış zamanı 30 kiloqrama yaxın həşiş, habelə Tahir Nəsirovun qanunsuz əldə etdiyi Türkiyə istehsalı olan 1 ədəd «Mini Kral» start tapançası aşkarlanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.


MTN İctimai Əlaqələr Mərkəzinin 2009-cu il mayın 4-də KİV üçün açıqladığı məlumatda Astara rayon sakinləri – Pərviz Əliyevin, İlham Səmədovun və Asəf Qasımovun, Bərdə rayon sakinləri - Asəf Əzimovun və Saleh Məmmədovun, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşlarının və qeyrilərinin qabaqcadan əlbir olaraq satış məqsədilə 40 kiloqrama yaxın narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirdikləri və həmin şəxslərin ifşa olunaraq zərərsizləşdirildikləri barədə geniş məlumat verilib.

Bu faktla bağlı MTN İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində adları çəkilən təqsirləndirilən şəxslərin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törətdikləri hüquqazidd əməllərinə dair yeni hallar məlum olub, onlara məxsus gizli saxlanc yerindən əlavə 18 kiloqrama yaxın həşiş aşkarlanıb.
Hazırda cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15