Ötən ay 31 sərhəd pozucusu saxlanılıb
06 iyul 2009 12:00 (UTC +04:00)

Ötən ay 31 sərhəd pozucusu saxlanılıb

2009-cu ilin iyun ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 halda 31 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, tutulan sərhəd pozucularının hər ölkədən 6 nəfər olmaqla Azərbaycan, İran, Əfqanıstan, habelə 5-i Çin, 4-ü Gürcüstan, hər ölkədən 1 nəfər olmaqla Rusiya, Türkiyə, Pakistan və Filippin vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozduğu üçün 260 halda 415 nəfər, vizası olmadığı üçün 76 halda 122 nəfər, vizalarının müddəti qurtardığı üçün 46 halda 56 nəfər, müvafiq sənədləri olmadığına görə 31 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Ay ərzində saxta sənədlə 7 halda 14 nəfər, özgəsinə məxsus sənədlə 2 halda 2 nəfər, gizli şəkildə 1 halda 1 nəfər dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Axtarışda olan 97 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilib.

Ay ərzində 9 halda 59 kq 649 qram narkotik maddə aşkarlanaq götürülüb.

Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus 1 gəmi və 6 qayıq, Rusiya Federasiyasına məxsus 2 gəmi saxlanılaraq baxış keçirilib. Sərhəd rejim qaydalarına riayət etməyən 1 gəmi və 3 qayıq saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay 42 halda ümumi dəyəri təxminən 327 min 223 manat olan qaçaqmal, o cümlədən 1 ədəd 16 mm-lik tüfəng, 14 400 manat dəyərində brilyant qaşlar, 89 ədəd əntiq əşya, 29 902 ədəd müxtəlif dərman preparatları, xeyli miqdarda siqaret və spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15