Bir ailənin yanması ilə bağlı ailə üzvlərinin ziddiyyətli izahatları var
Azərbaycanın Baş Prokurorluğu Gədəbəy rayonunda baş vermiş ailə faciəsinin istintaq işini öz nəzarətinə götürüb.
Bu barədə APA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, yanvarın 20-də saat 16 radələrində Gədəbəy rayonunun Zamanlı kəndində, əvvəllər qanunsuz ağac kəsməsi ilə bağlı barəsində Gədəbəy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı tamamlanaraq 11 yanvar 2011-ci ildə baxılması üçün rayon məhkəməsinə göndərilən Hüseynov Ədalət Kazım oğluna məxsus yaşayış evində baş vermiş yanğın nəticəsində Ədalət Hüseynov, arvadı Hökümə Hüseynova və onların azyaşlı oğulları - Tural və Tapdıq müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gədəbəy, sonra Şəmkir rayon mərkəzi xəstəxanalarına, daha sonra isə Bakı şəhəri 5 saylı xəstəxanasına yerləşdiriliblər. Ədalət Hüseynov aldığı yanıq xəsarətlərindən yanvarın 22-də müalicə olunduğu Bakı şəhəri 5 saylı xəstəxanada dünyasını dəyişib. Hökümə Hüseynova və oğlanları isə hazırda qeyd edilən xəstəxanada müalicə olunurlar.
Rayon Prokurorluğunda aparılan ilkin araşdırma zamanı yanıq xəsarətləri almış Hökümə Hüseynova və oğlu Tural yanğının baş verməsinin səbəb və şəraiti barədə ziddiyyətli izahatlar veriblər. Belə ki, onlar izahatlarında bir halda yanğının Ədalət Hüseynov tərəfindən qəsdən, digər halda isə odun sobasını yandırarkən ehtiyatsızlıqdan baş verdiyini bildiriblər. Yanğın faktı üzrə toplanmış materiallar əsasında 28 yanvar 2011-ci il tarixdə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda iş üzrə tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.
Cinayət işi üzrə ibtidai istintaqın gedişi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

525