Arabul Azərbaycandan qaçmaq istəyərkən tutuldu - EKSKLÜZİV
03 iyun 2009 10:45 (UTC +04:00)

Arabul Azərbaycandan qaçmaq istəyərkən tutuldu - EKSKLÜZİV

“Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Lent.az-ın məlumatına görə, türkiyəli iş adamını Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri saxlayıblar. Mənbə əməliyyat zamanı Arabulun işlətdiyi bir cümləni də sitat gətirir: “Azərbaycanda mənim belimi qırdılar...”

Hazırda Hüseyn Arabulun harada saxlandığı ilə bağlı dəqiqləşdirmələr aparırıq.

Qeyd edək ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti cəzaya məhkum edilib. O, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar