Mərdəkanda qaynının evinə basqın edərək, onu güllələyən şəxs tutuldu
Azərbaycan paytaxtında yaşayış evinə silahlı basqın edən şəxs həbs edilib.
Əzizbəyov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Mərdəkan qəsəbəsi, R. Cəfərov küçəsi, ev 1431 ünvanında yerləşən evə silahlı basqın edərək, ev sahibi Musa Hüseynovu tapançadan dörd dəfə açmaqla qətlə yetirən şəxs, 1957-ci il təvəllüdlü Ələkbər Həmid oğlu Zeynalov saxlanılıb. İstintaq tərəfindən dindirilən Ə. Zeynalov hadisəni qisas məqsədi ilə törətdiyini etiraf edib. Prokurorluqdan, həmçinin M.Hüseynovu qətlə yetirən şəxsin onun bacısının həyat yoldaşı olduğu bildirilib.
Qeyd edək ki, hadisə mayın 29-dan 30-a keçən gecə Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 52 yaşlı Musa Hüseynovun yaşadığı evə daxil olan şəxs ona tapançadan atəş açıb. M. Hüseynov aldığı dörd güllə yarasından hadisə yerindəcə keçinib.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05