Nemət Pənahlının məhkəməsi təxirə salındı
Bakı Apelyasiya Məhkəməsində Milli Azadlıq Hərəkatının tanınmış simalarından biri, Milli Dövlətçilik Partiyasının (MDP) sabiq sədri Nemət Pənahlı ilə bağlı bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Lent.az-ın məlumatına görə, buna səbəb qarşı tərəfin - İsmayıllı Dövlət Təbiət Qoruğunun məhkəməyə teleqram vurması olub. Belə ki, qoruğun hüquqi nümayəndəsi məhkəməyə gələ bilməyəcəyini qeyd edərək məhkəmədən prosesin təxirə salınmasını istəyib. Hakim Ülvi Mayılov məhkəmə prosesini iyunun 12-dək təxirə salıb.
Xatırladaq ki, Pənahlı Nemət Əhəd oğlu İsmayıllı Dövlət Təbiət Qoruğu tərəfindən cərimə olunub. Buna səbəb kimi isə N.Pənahlının qoruq ərazisində, yəni qadağan olunmuş yerdə ov etməsi göstərilib. Qadağanı pozmasını əsas kimi gətirən qoruq işçiləri N.Pənahlını 1000 manat məbləğində cərimə edib.
N.Pənahlı isə cərimə qərarı ilə razılaşmayaraq, Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə sabiq hərəkatçının xeyrinə qərar çıxararaq, qoruğun kəsdiyi cəriməni ləğv edib.
Lakin rayon məhkəməsinin qərarı ilə razılaşmayan İsmayıllı Dövlət Təbiət Qoruğu bu dəfə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Pərvin ABBASOV

Oxşar yazılar
Gəncədə küçələri su basdı-VİDEO
14 may 2025 , 00:26
Lənkəranda "Audi"nin vurduğu qadın öldü-VİDEO
14 may 2025 , 00:10
Tanınmış teleaparıcıya qarşı TƏXRİBAT: onun adı ilə yazışdılar
13 may 2025 , 22:47
Bu il yanğınlarda 16, partlayışlarda 4 nəfər ölüb
13 may 2025 , 19:37
Bakıda evdən meyit tapıldı
13 may 2025 , 19:33
Sabirabadda bir ay əvvəl yanan 13 yaşlı qız öldü
13 may 2025 , 18:53
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
13 may 2025 , 18:29