Antalyada inanılmaz “ər-arvad söhbəti”
29 may 2009 14:00 (UTC +04:00)

Antalyada inanılmaz “ər-arvad söhbəti”

Arvad ərini öldürdü, yeni əri də onu öldürdü...
Türkiyənin Antalya şəhərində pensiyada olan dövlət məmuru müdiri Mehmet Kalay evinə dönərkən dostu Erol Akçanı həyat yoldaşı Nursel Karayla birlikdə görüncə ikincini bıçaqla qətlə yetirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, arvadının onu aldatdığını düşünən Mehmet Kalay əvvəlcə dostu Erol Akçanı evdən qovub, sonra isə həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Mübahisə isə sonda qətllə nəticələnib.
Hadisə yerinə gələn polislər qapının açılmadığını görüb oraya çilingər çağırıblar. Yalnız çilingər qapını sökdükdən sonra içəri daxil olan polislər qatil əri həbs edib.
Hadisə baş verən binanın sakinləri qətlə yetirilmiş Mehmet Kalayla bağlı maraqlı açıqlama veriblər. Məlum olub ki, xanım Kalay 15 il öncə öz həyat yoldaşını öldürərək həbsxanaya düşüb. O, yalnız bir neçə il əvvəl isə o həbsdən çıxıb və Mehmet Kalayla bir il əvvəl ailə qurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar