                        Hərbçilərin kütləvi zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb
                                    
                                    0
                                
                                    0
                                
                                Mayın 26-da Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının kütləvi qida zəhərlənmələri faktı ilə əlaqədar Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hazırda hərbi qulluqçulardan 6 nəfəri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicələrini davam etdirir, vəziyyətləri kafidir.
Cinayət işi üzrə Məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmaqla ilkin istintaq hərəkətləri aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.