8-ci sinif şagirdi qardaşını qətlə yetirdi
Qusarda 15 yaşlı oğlan özündən 2 yaş kiçik qardaşını bıçaqlayıb
Azərbaycanın Qusar rayonunda qətl hadisəsi baş verib.
Qusar rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürovun APA-ya verdiyi məlumata görə, 8-ci sinif şagirdi özündən iki yaş kiçik qardaşını bıçaqlayaraq qətlə yetirib.
Ə. Şükürovun sözlərinə görə, hadisə rayonun Salahoba kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Spartak Zahid oğlu Ağakərimov özündən iki yaş balaca qardaşı, 1996-cı il təvəllüdlü Abdulrəhim Zahid oğlu Ağakərimovu bıçaqlayıb. 13 yaşlı Abdulrəhim aldığı bir neçə bıçaq xəsarətindən hadisə yerində keçinib. Qardaşını öldürdükdən sonra hadisə yerindən qaçan S. Ağakərimov Qusar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq rayon Prokurorluğuna təhvil verilib.
Müstəntiqin dediyinə görə, hadisə qardaşlar arasında yaranmış şəxsi münaqişə zəminində baş verib. Qətli törədən 15 yaşlı S.Ağakərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Ə. Şükürov, həmçinin hadisəni törədən S. Ağakərimovun 8-ci, A. Ağakərimovun isə 6-cı sinif şagirdi olduğunu deyib.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin İnternet saytında A. Ağamirovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişməsi barədə məlumat verilib.

630