Müdafiə Nazirliyin əsgərlərin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama yaydı
Müdafiə Nazirliyi hərbi hissədə əsgərlərin kütləvi zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, mayın 26-da axşam saatlarında Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Hərbi Klinik Hospitala 164 əsgər müayinə üçün gətirilib. Hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.
6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib, vəziyyətləri kafidir. Həmin xəstələrdən bakterioloji və labarator nümunələr götürülüb. Üç gün ərzində müayinənin nəticələri bilinəcək.
Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Müdafiə Nazirliyi ilə əlaqə saxlamadan dəqiqləşdirilməmiş və şişirdilmiş məlumatların yayılmasına yol verməsin.

974