“Mira” gəmisinin azərbaycanlı heyət üzvləri Vətənə qayıtdılar
Gəmi bu il fevralın 19-da Hindistanın Bhavnaqar şəhərinin “Alanq” limanına yaxın ərazi sularında saxlanılmışdı
“Türkiyənin “Mira Dənizçilik” özəl şirkətinə məxsus olan “Mira” gəmisi Mumbay, Qucarat və Bhavnaqar məhkəmələrinin qərarları əsasında bu il fevralın 19-da Hindistanın Bhavnaqar şəhərinin “Alanq” limanına yaxın ərazi sularında saxlanılıb”.
Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib. O bildirib ki, məhkəmənin qərarı ilə proses bitənə kimi gəmi həbs edildiyi yerdə qalmalı olub, heyətə isə gəmini tərk etmək qadağan edilib. “24 nəfərdən ibarət gəmi heyətinin 8 üzvü Azərbaycan, digər 16 nəfər, o cümlədən gəminin kapitanı Türkiyə vətəndaşları olub. Aprelin 29-da “Mira” gəmisinin heyəti Azərbaycanın Hindistandakı səfirliyi ilə telefon əlaqəsi yaradıb və uzun müddətdir gəmidə qaldıqlarını, sahilə çıxa bilmədiklərini, məhkəmə prosesinin uzanması, gəmidə vəziyyətin gərgin olmasını nəzərə alaraq vətənə dönmək istədiklərini deyiblər. Onlar, həmçinin pasportlarının liman administrasiyası tərəfindən alındığını deyərək, bu məsələnin həllində səfirlikdən yardım istəyiblər”.
Elxan Poluxov məsələ ilə əlaqədar Azərbaycanın Hindistandakı səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyində və Daxili İşlər Nazirliyində görüşlər keçirdiyini bildirib: “Nazirliklərdən gəmiçilərimizin pasportlarının qaytarılması və onların Hindistanı tərk etməsinə icazə verilməsi xahiş edilib. Görüşlər nəticəsində Hindistan Xarici İşlər Nazirliyi tərəfindən gəmiçilərin vətənlərinə qayıtmasına heç bir etirazın olmadığı barədə səfirliyimizə məktub göndərilib. Bununla belə, Bhavnaqar şəhərinin “Alanq” liman administrasiyası azərbaycanlıların gəmidə əsas mütəxəssis olduğunu nəzərə alaraq və gəminin təhlükəsizliyinin qorunması səbəbindən, onların gəmini tərk etməsinə etiraz edib. Məsələnin tezliklə məhkəmədə baxılmasını təmin etmək məqsədi ilə səfirliyimiz Hindistanın vəkilləri ilə məsləhətləşmələr keçirib, gəmiçilərimizin maraqlarını məhkəmədə müdafiə etmək barədə ilkin razılaşma əldə edib. Bhavnaqar şəhərinin liman rəhbərliyi və gəminin agenti ilə aparılmış danışıqlarda gəmiçilərin sağlamlığının və məişət şəraitlərinin ciddi nəzarət altında saxlanılması barədə razılıq əldə edilib və gəmiyə əlavə olaraq qida və yanacağın göndərilməsinə nail olunub”.
XİN mətbuat katibi bildirib ki, mayın 20-də “Mira” gəmisinə su dolmağa başlayıb. “Gəmidə qəza vəziyyətinin yaranmasını nəzərə alan səfirlik Hindistan hökumətindən gəminin təcili olaraq limana gətirilməsini və heyətin təhlükəsizliyinin təmin edilməsini tələb edib. Bu tələblərə cavab olaraq və qəza şəraitinin aradan götürülməsi məqsədi ilə “Mira”ya əlavə yanacaq ilə xilasedici gəmi göndərilib. “Mira” gəmisinin heyəti gəmini tərk etmək qərarına gəlib və xilasedici gəmi vasitəsi ilə sahilə eniblər. Gəminin icazəsiz tərk edilməsinə görə məsuliyyətə cəlb olunma təhlükəsinin qarşısının alınması, habelə vətəndaşlarımızın pasportlarının qaytarılması və onlara giriş-çıxış vizasının rəsmiləşdirilməsi məqsədi ilə səfirlik Hindistan Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi, gəminin agenti, “Alanq” limanının idarəetmə və sərhəd xidmətinin rəsmiləri, Bhavnagar şəhərinin məhkəməsi və polisi ilə danışıqlar aparıb və müsbət nəticə əldə edib.
Mayın 23-də gəmi heyətinin azərbaycanlı üzvləri səfirlik tərəfindən əvvəlcə Bhavnaqardan Mumbay şəhərinə gətirilib, sonradan isə gəmiçilərin xahişinə əsasən onların vətənə dönüşü İstanbuldan təmin edilib. Xarici İşlər Nazirliyinin və İstanbuldakı baş konsulluğumuzun müraciəti əsasında “Palmali” şirkətinin rəhbərliyi həmrəylik nümayiş etdirərək gəmiçilərimizin İstanbulda qalması və İstanbuldan Bakıya uçuşuna köməklik göstərib. Nazirliyimiz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarımız mayın 27-də sağ-salamat Vətənə dönüblər”.

812