Binəqədidə 3 maşın toqquşdu
Toqquşan maşınlardan biri yanıb
Bu gün Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, mayın 27-də saat 03.55 radələrində Binəqədi rayonu Azadlıq prospektində Xırdalan şəhər sakini Ramin Əliyevin idarə etdiyi "Mercedes" markalı, Bakı şəhər sakinləri Novruz Mustafayevin idarə etdiyi "Mitsubishi" markalı və Əli Nağıyevin idarə etdiyi "QAZ-3110" markalı avtomaşınlar toqquşub. Sonradan "QAZ-3110" markalı avtomaşında yanğın baş verib.
Nəticədə xəsarət almış R.Əliyev və sərnişinləri, Bakı şəhər sakinləri Əli Bayramov, Rüfət Qazıyev, Emin Rzayev və onun qardaşı Elçin xəstəxanaya yerləşdiriliblər. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.

Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı
17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05