Azərbaycanda pakistanlı və litvalı narkotacirlər tutulub
Azərbaycanda Pakistan və Litva vətəndaşlarından ibarət mütəşəkkil dəstə və Azərbaycana narkotik vasitə keçirmək istəyən daha bir Pakistan vətəndaşı həbs olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) Lent.az-a verilən məlumata görə, İran İslam Respublikasından Azərbaycana gələn Pakistan İslam Respublikasının vətəndaşı Zahoor Xan Əhməd oğlu gömrük nəzarətindən keçərkən gömrük baxışı zamanı ona məxsus olan əl yüklərində üzərində “Selections” sözləri yazılmış müxtəlif rəngli yataq dəstələrinin arasında qablaşdırma üçün istifadə olunan karton parçalarının içərisində çəkisi 6,952 kq narkotik vasitə olan heroin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Davam etdirilmiş əməliyyat tədbirləri nəticəsində DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşları Bakı şəhəri “EMPİRE” mehmanxanasının 309 nömrəli otağında Litva Respublikasının vətəndaşı Turskis Toması Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlundan narkotik vasitələri qəbul edərkən saxlayıblar.
Qeyd olunan fakt üzrə DGK İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, Pakistan İslam Respublikasının vətəndaşı Zahoor Xan Əhməd oğlu Litva Respublikasının vətəndaşı Turskis Tomasla və şəxsiyyətləri hazırda istintaqla müəyyən edilməmiş İxrac, Arturas və Kristis adlı digər şəxslərlə mütəşəkkil dəstə yaradaraq respublikamızın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə satış üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin keçirilməsi barədə sövdələşərək cinayət əlaqəsinə giriblər.
Zahoor Xan Əhməd oğlu may ayının ortalarında qanunsuz olaraq ümumi çəkisi 6,952 kq heroini İxrac adlı şəxsdən qəbul etmiş və sonuncunun tapşırığı ilə həmin narkotik vasitəni mütəşəkkil dəstənin digər üzvü Turskis Tomasa çatdırmalı imiş. Zahoor Xan Əhməd oğlu heroini Pakistandan İrana gətirib, oradan isə Astara Gömrük İdarəsinin ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərkən yaxalanıb.
Pakistan İslam Respublikasının vətəndaşı Zahoor Xan Əhməd oğlu və Litva Respublikasının vətəndaşı Turskis Tomas DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Astara Gömrük İdarəsində aşkarlanan digər fakt son zamanlar narkokuryerlərin xüsusən Pakistan-İran-Azərbaycan-Rusiya, Avropa marşrutuna xüsusi önəm verdiklərini göstərir.
Belə ki, İrandan Azərbaycana gələn Pakistan vətəndaşı Gul İtbar Xan Misal oğlu gömrük nəzarətindən keçərkən ona məxsus olan 2 ədəd əl çemodanının alt hissəsində xüsusi qaydada düzəldilən gizli saxlanc yerindən çəkisi 5 kiloqram 889, 113 qram heroin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Qeyd olunan fakt üzrə DGK İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb və müəyyən olunub ki, Gul İtbar Xan Misal oğlu şəxsiyyətləri istintaqla müəyyən edilməsi mümkün olmayan “Şirağa” adlı və digər şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə satış üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin keçirilməsi barədə sövdələşərək cinayət əlaqəsinə girib. Gul İtbar Xan Misal oğlu narkotik vasitəni “Şirağa” adlı şəxsdən götürüb və onun tapşırığı ilə həmin narkotik vasitəni Bakı şəhərində qrupun digər üzvlərinə çatdırmalı imiş. Narkotik vasitəni Pakistandan İrana, oradan isə Azərbaycana keçirmək istəyən Gul İtbar Xan Misal oğlu Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Pakistan İslam Respublikasının vətəndaşı Gul İtbar Xan Misal oğlu DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Şəhriyar Əlizadə

697