                        Kirayənişin ev sahibini öldürdü
                                    
                                    0
                                
                                    0
                                
                                Sulutəpədə baş verən hadisəyə kirayə haqqının səbəb olduğu bildirilir
 
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 25-dən 26-na keçən gecə Sulutəpə qəsəbəsində kirayədə yaşayan Beyləqan rayon sakini, 1977-ci il təvəllüdlü Əlizamin Pənah oğlu Həsənov ev sahibi, 1948-ci il təvəllüdlü Ağakişi Soltan oğlu İbrahimovu bıçaqlayaraq qətlə yetirib.
İdarədən onların pul üstündə mübahisə etdiklərini deyiblər.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Şəhriyar Əlizadə