Nemət Pənahlı saxlanıldı
Lent.az-ın xəbərinə görə, N. Pənahlı hazırda Nəsimi rayon Polis İdarəsinin istintaq təcridxanasında saxlanılır.
Onun barəsində sabah həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir. Bu barədə isə musavat.com-a N.Pənahlının qardaşı oğlu Pənah Pənahlı deyib.
Qardaşı oğlu deyib ki, N. Pənahlı ilə görüşə icazə verilməyib: “Yalnız bu gün saat 12-də ona yemək göndərə bilmişik”.
P.Pənahlının dediyinə görə, sabah Nəsimi Rayon Məhkəməsində N.Pənahlının barəsində həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir. P.Pənahlı onu da əlavə edib ki, artıq əmisinin hüquqlarının müdafiə edilməsi istiqamətində işlərə də başlanılıb. O qeyd edib ki, N. Pənahlını vəkil Elçin Sadıqov müdafiə edəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün DİN-in 102 xidmətinə zəng edən bir nəfər vətəndaş Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun adlı şəxslər tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının apardığı araşdırma nəticəsində müraciət edən şəxsin kimliyi müəyyənləşdirilib və ona qarşı qeyd olunan hərəkətləri etməkdə şübhəli bilinən Nemət Pənahlı, Ceyhun adlı şəxs və şikayətçi 21-ci polis bölməsinə dəvət edilib.
Polis bölməsində şikayətçi bildirib ki, hər iki şəxs M.Qaşqay küçəsində əvvəlcə onu təhqir ediblər, sonra isə dəmir dəyənək və yumruqlarla xəsarət yetiriblər. İlkin təhqiqat nəticəsində müəyyənləşdirilib ki, şikayətçi ilə digər şəxslər əvvəlcədən tanışdırlar. Hadisə ilə bağlı ekspertiza təyin olunub və Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi cinayət işi başlanılıb.
DİN mətbuat xidmətindən o da qeyd olunub ki, cinayət işi üzrə digər hərəkətlərin aparılması ekspertizanın nəticəsindən, yəni xəsarətin ağır və yüngüllüyündən asılı olacaq.

722