Bakıda oğul anasının başını kəsib, gözlərini çıxartdı - YENİLƏNİB
02 dekabr 2010 11:07 (UTC +04:00)

Bakıda oğul anasının başını kəsib, gözlərini çıxartdı - YENİLƏNİB

Rayon prokurorunun köməkçisi Bəsti Emçiyevanın Lent.az-a verdiyi məlumata görə, bu gün saat 10.00 radələrində rayonun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında oğul öz anasının başını kəsib.


İlkin məlumata görə, kimliyi hələlik müəyyən olunmayan oğul anasının boğaz nahiyəsini kəsərək onu qətlə yetirib. Hələlik hadisənin səbəbi bilinmir.

Hazırda müvafiq orqanların nümayəndələri hadisə yerindədir.


Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Binəqədi sakini, 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firuddin oğlu 57 yaşlı anası, Nuriyyə Bilalovanın başını kəsib və daha sonra onun gözlərini çıxarıb. O, hadisəni törətdikdən sonra qaçıb gizlənib. Polis Emin Şahbalayevin ruhi xəstə olduğunu da bildirib.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar