Azərbaycanlı qanuni oğruların Moskva qarşıdurması
29 noyabr 2010 16:05 (UTC +04:00)

Azərbaycanlı qanuni oğruların Moskva qarşıdurması

Azərbaycanlı qanuni oğrular, “Quli” ləqəbli Nadir Səlifov və “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyev Moskvada göyərti topdansatış bazarı uğrunda mübarizə aparırlar.

Lent.az-ın verdiyi xəbərə görə, bu barədə “eurosmi.ru” saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Hazırda həbsxanada olan hər iki qanuni oğru ayda 500 min dollar gəlir gətirən bu topdansatış bazarına nəzarəti ələ keçirməyə can atır.

Bu gün Rusiyada kriminal aləmin azərbaycanlı nümayəndələri də bu iki qanuni oğrunun ətrafında iki düşərgəyə bölünüb. Son vaxtlar Moskvada öldürülən kriminal aləmin nümayəndələri və iş adamları məhz bu şəxslərin tərəfdarlarıdır və qarşılıqlı olaraq onların sifarişləri ilə qətlə yetiriliblər. Noyabrın əvvəlindən Moskvada 4 azərbaycanlı öldürülüb. Bundan əvvəl isə Rövşən Lənkəranskinin köməkçisi Vaqif Tukanov qətlə yetirilib.
Qeyd edək ki, R.Caniyev Ukraynada həbs olunub, N.Səlifov isə Qobustan həbsxanasında cəza çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar