Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb
05 oktyabr 2010 16:30 (UTC +04:00)

Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb

Xaçmaz rayonunun Çiləgir kəndində ikimərtəbəli yaşayış evi yanıb. Kənd sakini Sabir İslamova məxsus evdəki avadanlıqların əksəriyyəti külə dönüb. Hadisə baş verən zaman evdə heç kəs olmayıb.

Yanğını söndürmək üçün hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki, Xudat Dövlət Yanğından Mühafizə Bölməsinin bir yanğınsöndürən maşını cəlb olunub.

Yanğın iki saat sonra söndürülüb.

Hadisənin baş verməsinin səbəbi məlum deyil.

Vəli Turan
# 452

Oxşar yazılar