Bakı Neft Emalı Zavodunda bədbəxt hadisə - YENİLƏNİB
14 sentyabr 2010 15:52 (UTC +04:00)

Bakı Neft Emalı Zavodunda bədbəxt hadisə - YENİLƏNİB

Bakı Neft Emalı Zavodunda bədbəxt hadisə baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumatına görə, bu gün saat 15.00 radələrində Nizami rayonunda yerləşən Heydər Əliyev adına Bakı Neft Emal Zavodunun 4-cü sexində qaz çənində təmizləmə işləri aparan dörd fəhlə qazdan huşunu itirərək çənin içinə düşüb.

Fəhlələr ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev APA-ya açıqlamasında zavodda qazdan zəhərlənən fəhlələrin Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirildiyini söyləyib.

Azərbaycan Dövlət Neft Şirkətindən isə APA-ya Neft Emalı Zavodunda təmir işləri aparan fəhlələrin qazdan zəhərləndiyi, onların xəstəxanaya yerləşdirildiyi bildirilib. Şirkətdən o da bildirilib ki, fəhlələrin vəziyyəti stabildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644

Oxşar yazılar