“Azərbaycanda “qara transplantasiya”nın olması barədə məlumatların əsası yoxdur”
“Azərbaycanda insan orqanlarının “qara transplantasiya”sının həyata keçirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev deyib. Onun sözlərinə görə, faktla bağlı bu günədək təmsil etdiyi quruma bir şikayət belə daxil olmayıb: “Bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur. Mən bilmirəm, Ukrayna hüquq-mühafizə orqanları bu faktları haradan əldə edib. Əgər onların əlində belə faktlar varsa, gəlib araşdırsınlar”.
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin əməliyyat qrupunun bu yaxınlarda Azərbaycana səfəri planlaşdırılır. Bu barədə bir müddət əvvəl APA-ya açıqlamasında Ukrayna Daxili İşlər Nazirliyi Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer bildirib. Onun sözlərinə görə, Azərbaycana gəlməsi nəzərdə tutulan əməliyyat qrupu 3-4 gün ölkədə qalacaq və yerli hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparacaq. Y. Kuçer, həmçinin “qara transplantasiya” ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları ilə Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlığına toxunaraq bununla əlaqədar birgə araşdırma aparılması məsələsinin iki ölkənin daxili işlər nazirlərinin müavinləri arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunduğunu bildirib. Tərəflər cinayətkarlığın qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Y. Kuçer “qara transplantasiya”nın hansı klinikalarında həyata keçirilməsi barədə suala cavabında isə məlum hadisələrdə Azərbaycanın bir klinikasının adının keçdiyini deyib.

Oxşar yazılar
Goranboyda "Opel" iki heyvanı vurub öldürdü
22 aprel 2025 , 23:01
Dəhşət: Dörd yaşlı uşaq kanalda boğulub öldü
22 aprel 2025 , 22:16
Abşeronda məktəb yaxınlığında DƏHŞƏT: gənc oğlan özünü öldürdü
22 aprel 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində mina terrorunun qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
22 aprel 2025 , 19:24
Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu
22 aprel 2025 , 18:37
Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə etdi
22 aprel 2025 , 18:13
Polis polkovniki faciəli şəkildə öldü
22 aprel 2025 , 17:30