Qubada bələdiyyə sədrinin oğlu dəhşətli qəza törətdi
Bu gün Qubada ağır yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 167-ci km-də qeydə alınıb.
Quba şəhər sakini Bəhram Əliyev idarə etdiyi “Mercedes” markalı, 40 AA 022 dövlət nömrə nişanlı avtomaşınla piyada 45 yaşlı İmran Əliyevi vurub. İmran Əliyev hadisə yerindəcə dünyasını dəyişib. Qəzadan sonra avtomaşın 50-60 metr “uçub”. Daha sonra divara çırpılıb, zərbənin təsirindən yaxınlıqda olan iki mağazanın şüşələri sınıb.
Qeyd edək ki, Bəhram Əliyev Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevin oğludur. BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimov Lent.az-a bildirib ki, ilkin ehtimallara görə, qəza avtomaşının yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxşar yazılar

Göygöldə iki maşın toqquşdu: xəsarət alanlar var
9 iyun 2025 , 02:05Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
9 iyun 2025 , 01:24
Qaxda motosiklet aşdı, yaralılar var -YENİLƏNİB
8 iyun 2025 , 22:35
İtkin düşən kişinin meyiti kanaldan tapıldı-VİDEO
8 iyun 2025 , 17:46
Ağstafada bir ailənin faciəsi -Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...
8 iyun 2025 , 17:21
Qaxda zəncirvarı qəza - Xəsarət alanlar var-YENİLƏNİB
8 iyun 2025 , 16:03
Qurban kəsərkən infarkt keçirən polis zabiti öldü
8 iyun 2025 , 15:37